Buğa bürcü haqqında


Categories: Buğa bürcü
Buğa bürcü haqqında

22 aprel – 21 may

  • Ünsürü – torpaq
  • Planeti – Venera, Ay
  • Hakimiyyət müddəti – 30 gün
  • Simvolları – inək və qanadlı öküz
  • Düşərli günü – bazar ertəsi, cümə
  • Düşərsiz günü – çərşənbə axşamı
  • Uğurlu rəngi – sarı, tünd-narıncı, açıq-mavi
  • Uğursuz rəngi – qırmızı
  • Uğurlu daşı – sapfir, əqiq, opal, zümrüd
  • Metalı – mis Enerji verən çiçəyi – şaftalı çiçəyi
  • Uğurlu rəqəmi – 2, 4, 16
  • Müxalif bürcü – Əqrəb
  • Talismanı – yapalaq, qızıl öküz
  • Şanslı ölkələri – Azərbaycan, İrlandiya, Rusiya, Polşa, iraq, İran, Əfqanıstan, Avstraliya, İsveçrə.


Qısa Xarakteri

Söhbət açdığımız Zodiak işarəsi altında dünyaya gələn adamlar ilk növbədə yüksək qabiliyyətləri və əməksevərlikləri ilə diqqəti cəlb edirlər. Onlar hətta mənasız görünən məsələlərdə də ciddi nüanslar tapırlar. Güclü yaddaş, özünə inam, dəqiqlik, hədsiz təmkin bu adamların ən mühüm keyfiyyətlərindən hesab olunur. Belələri ətrafda cərəyan edən hadisələrə tələsik reaksiya vermir, hətta hər şey aşkarlansa belə, fikir bildirməyə tələsmirlər. Hər bir məsələdə vaxtı uzatmağı sevən “buğa”lar nadir hallarda yanılırlar. Onların qapalılığı ünsiyyətdə olduğu adamlarda ikrah hissi doğursa da, ciddi gör-kəmləri və yüngüllükdən uzaq olmaları münasibətlərin korlanmasına mane olur.

“Buğa”ların nə düşündüyünü və hansı addımlar atacağını öyrənmək çox çətindir. Çünki bu bürcün sakinləri ən yaxın simsarlarına belə sirr vermir, gələcək perspektivlərini hamıdan gizlədirlər. Riskdən uzaq olan bu adamlar adətən tələsmir, hər şeyi öz axarında həli etməyə çalışırlar. “Buğa”lar o qədər dözümlü olurlar ki, bəzən onların hər şeydən məhrum olduğunu zənn edirlər. Lakin gərgin situasiyalardan elə ustalıqla çıxırlar ki, hamı inanılmaz dərəcədə təəccüblənir.

O, hər şeyi əsaslı və möhkəm şəkildə qurmağa çalışır. Onu öyrəşdiyi və adət etdiyi şəraitdən – evindən çölə çıxarmaq çətin məsələdir. O, dünyanı hissetmə əsasında qavramağa çalışır. Buğa bu yolla düşünə biləcəyindən daha çox informasiya əldə edir. Bu bürcün sakini çox hissiyyatlıdır. O, incəsənətin plastik növləri olan rəsmi, qrafikanı və memarlığı çox sevir. Barəsində danışdığımız şəxs öz karmik proqramını tapmayana qədər əzab çəkir. Əksinə, o, bu proqramı tapa bildikdə, heç kim onu mənəvi yüksəlişə doğru gedən yoldan saxlaya bilməz.

Bəri başdan nəzərinizə çatdıraq ki, bu bürcə aid olan kişilər ən darıxdırıcı insanlardır. Onların öz həmsöhbətləri ilə ünsiyyəti yalnız Miriş demişkən, “Salam. Sağ ol”. çərçivəsindən çıxmır. Əgər siz bir kişi ilə tanış olarkən cəmi beş dəqiqə sonra onunla söhbətdən bezirsinizsə, çox ehtimal ki, yeni tanışınız Buğa bürcündəndir.

Orta əsrlər münəccimlərinin qənaətincə, Qadın-Buğalar çox tamahkar olur, ən gözəl, ən yaraşıqlı oğlanları ovsunlamağa çalışırlar. Ümumiyyətlə, bu adamlar həddindən artıq xidmət göstərən olur, işlədikləri müəssisənin şərəfini qaldırmaqdan və müəssisə rəhbərini razı salmaqdan böyük zövq alırlar.

“Buğa”larla yaxşı ünsiyyət yaratmaq üçün onların xarakterinə uyğun davranış nümayiş etdirmək lazım gəlir. Hər hansı yumor, yüngül hərəkət, çılğınlıq və ya yalançı meyllər ağır nəticələr verə bilər. Bizim leksikonda işlədilən “yerəbaxan” sözünü haqqında danışdığımız zodiaka şamil etsək, heç də yanılmarıq. Lakin onların sakitliyini fağırlıq və ya qorxaqlıq kimi qəbul etmək də səhv olardı. Çünki onlara “sataşmaq” çox təhlükəlidir. Ən azı ona görə ki, belələri hiddətlənəndə mütləq qisas alırlar, üstündən hətta 20 il keçsə də.

“Buğa”ların nəyə maraq bəslədiyini bilmək kiməsə nadir hallarda müyəssər olur. Məktəb illərində heç vaxt qabaqcıl şagird olmasalar belə, bu, heç də onların passiv oxumasına dəlalət eləmir. Hər şeyə qiymət verən “buğa”lar qənaəti sevir, yığımcıl olurlar. Hətta həddi-buluğa çatmamış övladlarında bu qabiliyyəti görən valideynlər öz “qaraqabaq” uşaqlarının gələcəyinə ümidlə yanaşırlar. Yeri gəlmişkən, nəzərinizə çatdırırıq ki, Buğa bürcü altında doğulan hər kəs – istər qadın olsun, istərsə də kişi – gözəl aşpazlıq qabiliyyətinə malik olurlar.

Yəqin çoxlarınız bilmirsiniz ki, bürclər arasında ən varlısı da məhz “buğa”larla “oxatanlardır. İkincilər var-dövlətə əziyyətləri və dostlarının köməyi ilə çatırlarsa, birincilər buna bəxtləri və ağılları hesabına yetişirlər. Onlar özlərindən və ailələrindən daha çox başqalarının mənafeyini təmin etməyə üstünlük verirlər. Bu bürcdən olanlarda bir qədər hiyləgərlik də var. Lakin onlar bunu yalnız lazımi məqamda icra edirlər. Məsələn, öz ideyalarının obyektiv olduğuna valideynlərini inandırmaq, münasibətləri soyuqlaşan iki şəxs arasında sülh yaratmaq üçün biclik işlədirlər. O ki qaldı “buğa”ların sevgisinə, bu barədə bəzi incə nüansları nəzərinizə çatdırmaq istərdik. ilk öncə qeyd edək ki, “buğa”lar sevgidə çox tələbkardır. Hər nə istəsən, etməyə qadirdilər. Amma bunun əvəzini də görməyə çalışırlar. Cüssəli, qamətli, qəşəng görkəmli “buğaların məhəbbətini qazanmaq istəyirsinizsə, əvvəlcə özünüzə fikir verin. Çünki onlar sevdiyi adamı gözəl və yaraşıqlı görmək istəyirlər. Siz dəbə uyğun, zövqlə geyinməyi bacarmalısınız. Ehtiraslı “buğa”nı intim əlaqələrdə də razı salmaq çox çətindir. Siz məhəbbətin bütün sirlərinə yiyələnməlisiniz. Əks halda, onlar sizə qarşı bütün maraqlarını itirəcəklər.

Hələ qədimlərdə bu bürc altında dünyaya gələnləri hakimiyyətə iddialı hesab edirdilər (II Yekaterina, II Nikolay, Karl Marks, Mustafa Kamal Atatürk, Vladimir Lenin, Ayaz Mütəllibov, Səddam Hüseyn və başqaları). Onların ticarət sahəsində məşhurlaşacağını da bildirirdilər. Lakin “buğa”lar səyyah, incəsənət xadimi və icmalçı ki-mi də məşhurlaşırlar. Bu adamlar daha çox rəhbər vəzifələrdə çalışırlar. Çünki Buğa bürcünün sakinləri digərlərinə nisbətən idarəetmə funksiyasını mükəmməl bilirlər.

Buğa bürcü altında doğulan Məşhurlar.

Avaz Mütəllibov, Əli Kərimli, Sabir Rüstəmxanlı, Sirus Təbrizli, Elçin Əfəndivev, Şevx Əbdül Mahmudbəvov, Ramiz Qıılivev, Abbas Abdulla, Azər Mirzəvev, Faiqə Atəşin (Qu-quş), Tahir Kərimli, Mətləb Mütəllimli, Ədalət Vəzirov, Şamil Süleymanov, Arif Qulivev, Gülyaz Məmmədova, Ayan Mirqasımova, Məhvəddin Allahverdivev, Xanım Qafarova, Mahmud Qurbanov, Mehriban Abdullaveva, Qulu Ağsəs, Rafael İsgəndərov, İzzət Bağırov…

Be Sociable, Share!

Leave a reply