Oxatan bürcü haqqında


Categories: Oxatan bürcü
Oxatan bürcü haqqında

23 noyabr – 21 dekabr

  • Ünsürü – od
  • Planeti – Yupiter
  • Hakimiyyət müddəti – 30 gün
  • Simvolları – kentavr, ulduz, yuxarı qaldırılmış barmaq
  • Düşərli günü – cümə axşamı
  • Düşərsiz günü – çərşənbə
  • Uğurlu rəngi – göy, narıncı, mavi
  • Uğursuz rəngi – bənövşəyi
  • Metalı – sink
  • Uğurlu daşı – topaz, ametist, opal, sapfir, zümrüd, aqat
  • Enerji verən çiçəyi – qərənfil, nərgiz, palma
  • Uğurlu rəqəmi – 3, 4, 9
  • Müxalif bürcü – Əkizlər
  • Talismanı – nal, salamandra
  • Şanslı ölkələri – Portuqaliya, Macarıstan, Yuqoslaviya, İspaniya, Latın Amerikası (Meksika və Braziliyadan başqa), Ərəb ölkələri.


Qısa Xarakteri

Parıldayan, sehrli gözlər, bəzənsə hiyləgər baxışlar, zahiri gözəllik, istənilən adamla dil tapmaq bacarığı, görüb-götürmək istedadı, xeyirxah və özünü sevdirə bilən… Oxatan bürcündən söz düşəndə ilk növbədə sadaladığımız bu məziyyətləri bilmək vacibdir. Bu adamlar ilk növbədə hər şeyi açıq-aşkar və azad görməyi sevirlər. Onlar ürəyigeniş, yaraşıqlı, bəzi hallardasa qapalı və impulsiv olurlar. Belələri nadir hallarda aldanır və ya tənhalığa qurşanırlar. Bu bürcdən olanlar öz dəqiqliyi və uzaqgörənliyi ilə həmişə öz yoldaş-larından seçilirlər. Hələ çox-çox qədimlərdə Babilistan münəccimləri Oxatanların təmkinli xarakterə və fəlsəfi təbiətə malik olduğunu bildirirdilər.

Başqa bürclərdə olduğu kimi bu Zodiak da özündə ikili xüsusiyyət cəmləşdirir. Belə ki, onlar bir tərəfdən cəsur, sərbəst, digər tərəfdənsə, barışmaz və kobuddurlar. Oxatan sərgüzəşt və macəra-ları sevir, istənilən ağıllı mübarizədə igidlik göstərməyi bacarırlar. Qədim mənbələrə görə, bu bürcdən olanlar gah kimisə fəlakətdən xilas etməli, gah harayasa tələsməli, gah da kiməsə yol göstərməlidir. Onların əsas xüsusiyyətləri məğlubedilməzlik və nikbinlikdir.

Hədsiz dərəcədə kobud və ədəbsiz olan bu cür insanlarla münasibətdə istənilən xoşagəlməz hadisə baş verə bilər. Belə ki, metro və avtobuslarda gedərkən o, başqalarının ayağını tapdalayar və dava düşər, restoranda yeyib-içər və camaatla əlbəyaxaya çıxar və s. İş fəaliyyətinə gəldikdə isə Oxatanlar çox yönsüz olduğundan işlədikləri idarəni iflasa uğrada bilərlər. Bu cür insanlar iş yerindəki bütün sənədləri qarışdırır və texniki avadanlıqları yarıtmaz hala salırlar. Onlara elə gəlir ki, bu cür xırda şeylərə baş qoşmaq yox, qlobal işlər haqqında düşünmək lazımdır”.

Amma bizim qənaətimizcə, Oxatanların müsbət keyfiyyətləri daha çoxdur. Fiziki cəhətdən güclü olan belələri həmişə yüksək ideyalarla yaşasalar da, hərdəmxəyal və ya hissə qapılan deyillər. Əksinə, həmişə öz perspektivlərini həyata keçirmək məqsədilə bütün güclərini səfərbər edirlər. Ədalət tərəfdarı olduqlarından, nadir hallarda hiyləgərlik edirlər. Oxatanların, demək olar ki, hamısı səfərlərə çıxmağı, riskə getməyi, bəzən də qarmaqarışıqlıq yaratmağı xoşlayırlar. Ən dəhşətlisi odur ki, belə adamların ən azı 50 faizi uzun ömür sürmür. Onlar nadir hallarda yorğan-döşəkdə, öz doğmaları arasında vəfat edirlər. Böyük siyasətlə məşğul olan Oxatanların əksəriyyəti sui-qəsdin qurbanı olur və ya sürgün həyatı yaşayırlar (F.Engels, I.Stalin, L.Brejnev, Rəsul Quliyev və s.).

Bu bürcdən olan qadınlarda da fərqli cəhətlər çoxdur. Müasir astrologiyanın təbirincə desək, Oxatan-qadınlar daha çox kişi xarakterinə malik olur, dostları arasında əks cinsdən olanlar böyük çoxluq təşkil edir. Bir amili də nəzərinizə çatdıraq ki, sözügedən Zodiaka malik zərif məxluqlar arasında əsl qadın xarakterini daşıyanlar olduqca cüzi faiz təşkil edirlər. Həm də onlar qadında olan bütün müsbət keyfiyyətləri özlərində toplayırlar (Əlbəttə ki, Qız bürcünün qadınlarından sonra – S.R.). Onlar əksər hallarda ailədə aparıcı mövqeni əldə saxlamağa çalışır və buna nail olurlar. Söz ki ailədən düşdü, gəlin, bu bürcdən olanların sevgi həyatına da səyahət edək…

Bu Zodiakda dünyaya gələn adamlar hamı kimi sevib-sevilməyi də bacarırlar. Əgər məhəbbət aləmində kobudluq, hərdəmxəyallıq, tez qızışmaq kimi hallar olmasa, bu adamlar “ilan”la da yola gedə bilərlər. Ən əsası odur ki, Oxatanlar qısqanc deyillər. Amma bu heç də hər şeyə göz yummaq kimi başa düşülməməlidir. Çünki belələrinin qəzəbinə gəlmək dözülməzdir. Əgər tərəf-müqabilləri onları qane etmirsə, Oxatanlar onlardan asanlıqla imtina edir. Bir sözlə, bu bürcdən olanlar öz adlarını təmiz saxlamaq naminə hər şeyə gedirlər.

Oxatanlar digər bürclərdən fərqli olaraq daha tez vurulurlar. Amma sevgi məsələlərinə həmişə inamsız yanaşır, “onsuz da alınmayacaq” deyə düşünürlər. Hətta bəzən toya bir həftə qalsa belə, onlar sevdiklərinə qovuşacaqlarına inanmırlar. Əlbəttə ki, söhbət yüksək həyat təcrübəsinə malik olan aktiv Oxatanlardan getmir. Əgər kimsə, qəlbində bu bürcə yer ayırıbsa, ona məsləhət görərdik ki, öz tərəf-müqabilinin inamını qırmasın. Oxatanın təkliflərini eşitsəniz, söz güləşdirməsəniz, birgə xoş günlər yaşayacaqsınız.

Bu bürc astrologiya sahəsində daha çox biznesmen kimi məşhurdur. Onlar hətta kimsəsiz səhraya düşsələr belə, qısa vaxtda ən böyük mənsəb sahibinə çevrilə bilirlər. Bundan başqa, Oxatanlar daha çox siyasətə, elmə maraq göstərirlər. Onlar mistik elmlərə, cadugərlərə, fal açanlara, hətta qoroskopa qeyri-ciddi yanaşırlar. Bu adamlarda böyük bir kütləni öz arxalarınca aparmaq istedadı var. Onların fəallığı və mübarizliyi həmişə diqqət mərkəzində olur. Hətta onların “paxırı” olsa belə, özləri istəməsə, heç kim bunu aça bilməz. Bir sözlə, həyatın əksər sahələrində “ilişmirlər”.

Peşə astrologiyasına görə, haqqında danışdığımız bürcün sakinləri dənizçi, hərbçi, alim, rəssam və bu kimi digər peşələrə yiyələnə bilərlər. Amma yuxarıda dediyimiz kimi onların əsas qayəsi böyük biznes və siyasətdir.

Oxatan bürcü altında doğulan Məşhurlar.

Ramiz Flövsən, Kamal Abdulla, Əkrəm Əylisli, Mirzə Xəzər, İlyas Tapdıq, Vahid Əziz, Mehman Cavadoğlu, Vəfa Quluzadə, Etibar Babayev, Azər Zevnalov, Rəsul Quliyev, Gülşad Baxşıyeva, Necati Şaşmaz, Nüşabə Ələsgərli, Yadigar Muradov, Əzizə Mustafazadə, Aşıq Zülfiyyə, Alqayıt, Elariz Məmmədoğlu, Sadiqə Mehdizadə, Qadir ibrahimli, Coşqun Rəhimov, Tahir İmanov və b.

Be Sociable, Share!

Leave a reply