Qız bürcü haqqında


Categories: Qız bürcü
Qız bürcü haqqında

24 avqust – 23 sentyabr

  • Ünsürü – torpaq
  • Planeti – Merkuri
  • Hakimiyyət müddəti – 31 gün
  • Simvolları – mələk, kub
  • Düşərli günü – çərşənbə
  • Düşərsiz günü – cümə axşamı, cümə
  • Uğurlu rəngi – ağ, narıncı, mavi
  • Uğursuz rəngi – göy
  • Uğurlu daşı – sarı sapfir, aqat, malaxit, mərmər, topaz
  • Metalı – qalay, mis
  • Enerji verən çiçəyi – lalə, astra
  • Müxalif bürcü – Balıqlar
  • Talismanı – dəmirçi
  • Uğurlu rəqəmi – 3, 5, 6, 12, 20
  • Şanslı ölkələri – Yunanıstan, Fələstin, Rusiya.


Qısa Xarakteri

Bəri başdan qeyd etmək istərdim ki, bu bürcün sakinləri əksər hallarda zahirən xoşagəlməz və dəyişkən fikirli adam təsiri bağışla-salar da, daxilən pak və xeyirxah olurlar. Arıq və hərəkətdə olan bədən, enli alın, qızarmış sifət, şabalıdı və ya xurmayı saçlar, qonur gözlər, böyük çiyinlər, şiddətli səs məhz Qızlar üçün xarakterikdir. Belələri nadir hallarda böyük iddialarla yaşayır. Onları azacıq həvəsləndirmək kifayətdir ki, dağı dağ üstünə qoysunlar. Çünki Qızlar həddindən ziyadə əməksevər və ən ağır işlərdən belə qorxmayanlardır. Bu növ insanlar baş verən prosesləri dəqiqliklə analiz etməyi və hamıdan tez nəticə çıxarmağı ustalıqla bacarırlar. Yəqin bu səbəbdən də dünya nücum elmi daxili intuisiyalarına və ən ədalətli qərar çıxarmalarına görə, onları 12 bürc arasında ən ağıllıları hesab edirlər. Ən az cinayət törədən və həbsxana həyatı yaşayanlar da məhz Qızlardır.

Qədim hind və Tibet astrologiyasında söhbət açdığım adamlar olduqca yüksək qiymətləndirilir, həssaslıqlarının yüksək olmasına görə, onlarda öncəgörmə, telepatik qabiliyyətlərinin mövcudluğunu bildirirdilər. Bu bürcün qadınlarında magik gücün olmasını görmək o qədər də çətin deyil. Məsələn, dünən adi, bir qədər də kifir görünən bu zərif məxluqlar bircə gündə ağlagəlməz dərəcədə gözəlləşə və hamını heyran qoya bilərlər. Əgər ətrafınızda belələri varsa, müşahidə edə bilərsiniz. Hətta onu da deyirlər ki, qadına məxsus bütün müsbət keyfiyyətlər məhz Qız bürcündə dünyaya gələn qadınlarda cəmlənib.

Mistik məsələlərdə Qızlar kifayət qədər inadkardır. Bunun da müəyyən səbəbləri var. Məhdud enerjiləri onları sarsılmaz edir, metodiki ağılları isə mümkün təhlükələrdən qaçmağa məcbur edir. Buradan da Qızların güclü intuisiyaya malik olmaları üzə çıxır. Belələrindən yaxşı münəccim çıxsa da, onlar görücülük mədəniyyətinə malik deyillər. Çünki öncəgörmə zamanı ən xırda detalları belə görmək lazımdır. Qızlar bədnəzərə qarşı çox dözümlüdür, lakin məhəbbət magiyasının təsiri altına çətinliklə düşürlər. Başqa bürclərdən fərqli olaraq, tilsimbənd və qoruyucular Qızlara daha çox lazımdır, xüsusən də daşdan hazırlanmış qoruyucular. Onlar əsasən evlərinin təhlükəsizliyi barədə düşünməli və sınmış güzgülərdən, qab-qacaqlardan uzaq durmalıdırlar. Əfsuslar olsun ki, Qızların ən mənfi cəhəti lazımsız güzgü və qabqacaq sınıqlarını evdə saxlamaları və bu yolla şər qüvvələrin mənzilə daxil olmasına imkan yaratmalarıdır.

Bu bürcdən olanlar başqalarına nisbətən daha çox güzəştə gedir və ətrafında olanlarla hesablaşmağı bacarırlar. Bu adamlar həddindən artıq tənqidçi olduqlarından onları tam razı salmaq çox çətindir. Bu insan həddindən artıq təmizliyə riayət etməyə çalışır, müxtəlif infeksiyalardan ehtiyatlanır. Şəxsi rahatlıq Qızlar üçün həyatın əsas ideyasıdır. Əgər kimsə atom müharibəsindən canını qurtarmağa sadəcə olaraq, ümid edirsə, bunun əksinə olaraq, Qızlar özlərinin təhlükəsizliyini təmin etmək üçün qabaqcadan tədbirlər həyata keçirməyə qadirdirlər. Qız-qadınlarla ünsiyyətdə olanlar yadda saxlamalıdır ki, bu adamlar yalnız reallığa qiymət verir və hər bir hadisəni dərindən tədqiq etməmiş qəti söz demirlər. Belələri heç bir işə tərəddüdlə başlamırlar. Çünki “qəlbinin razılığı olmadan” hansısa addımı atmaq xoşagəlməz nəticələr verə bilər. Onlar istənilən adamla dil tapmağı bacardıqlarından istiqanlı və başadüşülən olurlar. Qızlarda müəmmalı və ya qapalı heç nə yoxdur. Amma bəzən yersiz, ikrah doğuran hərəkətlərə yol verməklə sadəlövh imici də qazanırlar. Başqalarının sirrini saxlamaqda mahir olsalar da, özləri haqqında az qala hamı hər şeyi bilir. Bu bürcdən olanlar nə Sutökənlər kimi romantik və xəyalpərvər, nə də Buğalar kimi materialistdirlər – onlar sanki bu iki yolun ayrıcında dayanırlar. Əgər Qızların özlərinə inamı olsa, hər bir işin öhdəsindən gələ bilirlər.

Qərb astrologiyasına görə, bu bürcdən olan adamlar üçün hər bir iş yalnız problemlərdən ibarətdir. Bəzən hətta özlərini ətraf dünyanın “problemlər obyekti” də adlandırırlar. Daima istirahətsiz fəaliyyət göstərən bu adamlar öz iş prinsiplərini məhdud çərçivədə qururlar. Bütün bunları nəzərə alıb belə qənaətə gəlmək olar ki, onlardan təşkilatçı və ya böyük siyasətçi az-az yetişir.

Astroloqlar bu bürcdən olanların ən ağır dərdini və xəstəliyini həzin bir musiqi vasitəsilə dəf etməyin mümkünlüyünü, onların çox vaxt bir məhəbbətlə kifayətlənmədiyini, cəzbedici və qəşəng olduğunu, gözəl natiqlik qabiliyyətinə malik olduqlarını da bəyan edirlər.

Adətən Qızlar sevgi məsələlərində problemsiz keçinmirlər. Bu sahədə başa düşülmələri çətin olur. Onlar bir qayda olaraq özlərindən yaşca daha böyüklərə diqqət yetirirlər. Hər şeyə fikir verən Qızlar çox xırdaçıdır. Belələri üçün sevdiyi adamın zövqlə geyinməsi, özünü yaxşı aparması çox vacibdir.

Bir qayda olaraq bu bürcdən olanlar ən müxtəlif sahələrdə fəaliyyət göstərməyi bacarırlar. Ən çox yumor hissi də məhz Qızlardadır. Yuxarıda dediyim kimi siyasətə az meylli olsalar da, pedaqoq, incəsənət, din və elm xadimləri, yazıçı, biznesmen, katib (katibə), eləcə də bağban və ferma işçisi kimi ən bacarıqlı adamlar olurlar.

Qız bürcü altında doğulan Məşhurlar.

Adilə Namazova, Səyavuş Aslan, Yaşar Nuri, Rüstəm Behrudi, Arif Məlikov, Mirmahmud Mirəlioğlu, Murtuz Ələsgərov, Mehriban Əliyeva, Hacı Allahşükür Paşazadə, Brilyant Dadaşova, Ağadadaş Ağavev, Sevil Nuriveva, Fəzail Ağamalı, Vaqif Mustafayev, Kübra Dadaşova, Elxan Şirinov, Vahid Mustafayev, Bilqeyis Mehdiqızı, İqbal Ağazadə…

Be Sociable, Share!

One Response to “Qız bürcü haqqında”

Leave a reply